Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanı geri çağırmaq qərarına gəlib.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Joqovurd” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, bu qərarın səbəbi səfirin diplomatik fəaliyyətindən narazılıqdır.
Hazırda Arsenyanın yerinə kimin gələcəyi məlum deyil.
Qeyd edək ki, Qurgen Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı səfiri təyin edilmişdi.