Ru
10:55 / 21 İyun 2022

Almaniya hökumətindən çağırış - Qaza qənaət edin, kömürə keçin

Almaniya hökumətindən çağırış - Qaza qənaət edin, kömürə keçin
Eye

Almaniya İqtisadiyyat nazirliyi orta və kiçik müəssisələri, eləcə də əhalini qaz istifadəsində ciddi qənaət etməyə və kömürdən istifadəni artırmağa çağırıb.


Bakupost.az xəbər verir ki, nazir Robert Habek almanları ciddi qənaətə səsləyib.


O bildirib ki, Almaniya ciddi qaz çatımazlığı ilə üz-üzədir: “Kömür elektrostansiyalarının bərpasına və artırılmasına çalışmalıyıq. Kömürə keçin”.


Almaniya qış qaz ehtiyatını artırmağa çalışsa da, Qazprom qaz nəqlini azaldıb. Buna səbəb kimi texniki qəzaları göstərir. Almaniya Rusiyadan qazın 40%-ni idxal edir.


Qışda qaz çatışmazlığı yanacağın, elektrikin qiymətinin artmasına və kəskin inflyasiyaya səbəb olacaq.


“Əgər anbarlarımız 56% doludursa, qışa hazır ola bilməyəcəyik, onlar dolmalıdır. Biz çox gərgin vəziyyətdəyik. Əgər qaz anbarları 90% dolsa, bu 2 ay yarım yetəcək”, - deyə Habek həyəcan təbili çalıb.



Qeyd edək ki, Almaniyanın ən böyük yeraltı qaz anbarı 7 milyard kub metr qaz tutur. Onun 40%-i Rusiya qazı hesabına dolur.
Alternativ mənbə olaraq, Almaniya ABŞ-dan təbii sıxılmış qaz almağa başlayıb.


Bu qaz üzən terminallar vasitəsilə Amerikadan okean yolu ilə çatdırılır.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar