Avropa ölkələrində təhsil müəssisələrində dini simvollar, baş örtüyü və dildən istifadə ilə bağlı müzakirələr yenidən intensivləşib. İnteqrasiya proseslərini sürətləndirmək və məktəblərdə dünyəvilik prinsipini qorumaq məqsədilə atılan addımlar fərqli hüquqi və siyasi rezonans doğurur.
"Bakupost" xəbər verir ki, İtaliyada hökumətin hazırladığı yeni fərmanla məktəblərdə üzü tam örtən burqa və niqabın istifadəsinə qadağa qoyulub. Təhlükəsizlik və inteqrasiya tədbirləri çərçivəsində qəbul edilən qərara əsasən, həmçinin siniflərdə italyan dilini bilməyən xarici şagirdlərin nisbəti maksimum 30 faizlə məhdudlaşdırılacaq və ehtiyac yarandıqda valideynlər üçün məcburi dil kursları təşkil olunacaq.
Eyni zamanda, Almaniyada da oxşar mövzu siyasi gündəmə gətirilib. Xristian Demokrat İttifaqının (CDU) Qadınlar Birliyi 14 yaşınadək qız uşaqlarının məktəb və bağçalarda baş örtüyü taxmasının qadağan edilməsini təklif edib. Almaniyada hazırda rəsmi bir qadağa qəbul edilməsə də, qonşu Avstriyada 14 yaşadək uşaqlar üçün tətbiq olunan oxşar məhdudiyyətlər fonunda məsələnin hüquqi tərəfləri geniş müzakirə olunur.
Günel,
BakuPost
Dövlətimiz nə edirsə düz edir. Biz hər şeydən öncə sekulyar, dünyəvi dövlət quruluşuna malikik. və dövlətin təməl strukturları dini atribusiyalardan uzaq olmalıdır: a) Təhsil b) Hüquq-mühafizə, Məhkəmə. Din insanın daxilində, mənəvi aləmində yaşadığı şəxsi vicdan məsələsidir, moda nümayişi deyil, dizdən yuxarı geyilən şalvarla, əldə təsbeh, üz-baş saqqalla insan hansı coğrafiyanın dəbini, həyat tərzini yansıtdığının fərqindədirmi? və yaxud gül balalarımız niyə özlərinin formalaşmaqda olan vicdanlarını qaranlıq Əfqanıstanın, başqa ölkədə Türkiyədə Qaşıqçı adlı vətəndaşının bədəninin hətta 1 qaşığa sığmayacaq qədər əridib öldürən Səudiyyənin, ərəblərinin simgəsi ilə niyə örtməlidir ki? Bu dünyada hər kəsin, ən çox da uşaqların Yaşamaq, Böyümək (təlqinlərsiz) haqqı var! Bir Qoca Molla olaraq onlara mən bu yolda Xeyir-Dua verirəm!
Bunlarda hicab yix, niqab və burqa qadağan edilib. Amma ve lakin bizde hicab. Ve nəzərə alsaq ki, onlar qeyri-müsəlman ölkələridir. Haqqımızda xeyirlisi olsun.
Onlarda Hicab yox Burka və Niqabdır zəhmət olmasa başlığ yazanda xəbər başlığı düz yazın durub xəbəri oxumayanlar elə biləcək Hicab qadağan olunub Onsuz Niqab heç bir qız şagird taxmır Qaldı müsəlman ölkə Azərbaycanda Niqab taxan qız yoxdur Almaniyada İtaliyada Avstriyada necə olsun bizim olduğumuz Region 100 /75 faiz zad müsəlmandı İran Türkiyə Rusiyanın Dağıstan tərəf çeçenlər əksəriyyəti müsəlmandı Gürcüstandada müsəlman var nə qədər Ama Almaniya İtaliya Avropa regionundadı yenədə onlar din azadlığına icazə verir dediklərimə inanmayanlar isə zəhmət olmasa Tiktoka Kanadada yaşayan hicablı qız yazsınlar və videoyaya baxsınlar
14 yaşadək ayrı bir şeydir, yetişkin şəxlərin hicabını çıxartmaq ayrı bir ədalətsizlikdir. Onlar İslam dininə-Allahın əmrinə sayğı duyurlar. Azərbaycandakı kimi Allahın əmrini məktəbin çölünə atmırlar. Müəllimin və 14 yaşı tamam olmuş vətəndaşların Allahın əmr etdiyi hicabı çıxartmaq da nəyin nəsi. Dünyəvilik prinsipi Azərbaycandakı kimi olmur. Hər nə prinsip qoyulsa da Allahın mülkündə üstünlük sağlamaq doğru deyildir. Dünya, yer göy, ərş, zərrə belə Allahın mülküykən durub Allahın əmrini heç saymazlar. Dünyəvilik, tolerantlıq Azərbaycanda edilən zülm deyil. Əksinə insanlara sayğı duymaqdır. Sayğı eyniliklərdə çox da olmur, zatən sayğının əsas amacı fərqliliklərlə insanları qəbul etməkdir. Yeniyetmələri uşaq yerinə qoymaq da doğru deyil. Məktəbli formasını geyinirdilər. Ama dinlərindən vaz keçmədən. Bu da təhsilə əngəl deyildi. Bir səhvi başqa səhvlə örtbasdır etməzlər. Təhsildəki zəifliyi, nizam intizamı hicabı çıxartmaqla bərpa edə bilməzlər. Əgər bir gün təhsilin keyfiyyəti artsa bu hicabın çıxarılması ilə olmayacaq. Məntiqli mühakimə yürüdün.
#Hicaba Azadlıq!!!
Bizdə də belə qanunlar qoyulsaydı, aləm bu qədər qarışmazdı
Avropa ölkələri bizimkilərdən daha insaflıdlr. Amma sizin bu yazınız da sifarişli yazıdır. Yəni ay millət görürsüz tək bizim dövlət deyil, başqa dövlətlər də oxşar qərarlar qəbul ediblər.
Topuş tut...
Qəbul edilmiş qərar haqqların tapdalanmasına və etirazlara səbəb olur, ona görə dəyişdirilməsi vacibdir.
Геми
İtalyanlar bizim idarəçilərdən şərəfli imiş
Onlar müsəlman dinində olan ölkələr deyil amma Azərbaycanda əsas din islam dinidi.amma baxanda onlar bizdən çox islama oxşayır.indi siz bunu paylaşmaqla hicaba qadağaya dəstək verirsiz? Onlar hicabı yox burqa və niqabı qadağa edir
Bunlar heç olmasa 14 yaşadəkdi.insaflıdı. bizde hicabli müellimede işden azad edilir
Sizi Kim hurdurur bu milletin ustune ? Oz olkenden xeberin yoxdur ya da bizi essek yerine qoymusan Subut Ede bilmirem Amma deqiq bilmirem ki bu sifarisli xeberdir
Salam hər kəsə, İtaliya kimi dövlətin hicabı qadağan etməməsi bizim dövləti inşallah ki düşündürər !