Ru
16:14 / 30 Mart 2024

Altayda sərnişinlərlə dolu avtobus suda batdı

2375
Rusiyanın Altay diyarında gecə vaxtı yoldan çıxan avtobus daşqın olan ərazidə batıb. İnsanlar yadımı ictimai nəqliyyatın damında gözləməli olublar.

Avtobusda ümumilikdə səkkiz sərnişin və sürücü olub. Salon su ilə dolmağa başlayanda sakinlər xilas üçün avtobusun damına çıxmaq məcburiyyətində qalıblar.

Bundan sonra yerli Fövqəladə Hallar Xidmətinə xəbər verilib.

Hadisə ilə bağlı siqnaldan sonra əraziyə növbətçi qüvvələr göndərilib. Sürücü və sərnişinlər təxliyə olunublar. Onların xəsarət almadığı vurğulanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər