“6-cı sinif “Azərbaycan tarixi” kitabını 6 alim yazıb. 63 səhifə ibtidai icma quruluşu haqqındadır. Amma o boyda dünyanın ibtidai icma quruluşu haqqında olan kitab 17 səhifədir. 6-cı sinfə gəlmiş başı “çiy” uşaq birdən-birə bunu necə oxusun?”
Bakupost.az xəbər verir ki, bu fikirləri mentor Bahar İbadova bildirib.
“Tarix kitabını oxuyan 6-cı sinif şagirdi Azərbaycan tarixinə nifrət edir. Bütün tələbələr tarix fənnindən şikayət edir. Çünki nə müəllim düzgün oxuma metodikasını öyrədir, nə də kitab normal yazılır. Sonra deyirik ki, bizim uşaqlar niyə belədir?”
Qeyd edək ki, mentorun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yarım milyona yaxın baxış toplayan videoya minlərlə şərh yazılıb. İstifadəçilərin böyük hissəsi onun fikirlərini dəstəkləyib.
Mövzu ilə bağlı
Bakupost.az-a danışan təhsil eksperti Ramin Nurəliyev problemin mövcudluğunu təsdiqlədi. O bildirdi ki, dərs vəsaitlərinin həcmi həddən artıq çoxdur:
“Azərbaycan tarixindən orta ümumi təhsil məktəbində dərs vəsaitləri həddindən artıqdır. Bu isə əlbəttə ki, həm şagirdləri, həm də müəllimləri yorur”.
Ekspert qeyd edib ki, qəbul imtahanlarında proqramın yığcamlaşdırılması da əsas məsələlərindəndir:
“Qəbul imtahanında sualların ana mövzular əsasında tərtib olunması məqsədəuyğun olar. Düşünün, bir şagird universitetə 5-6 fəndən hazırlaşır. Bu fənlər isə 5-ci sinifdən 11-ci sinfə qədər bütün mövzuları əhatə edir. Bu qədər geniş baza əsasında imtahan vermək həqiqətən də çox çətindir.
Yəni, bir fənnin sertifikasiya imtahanında müəllim öz fənni üzrə 50% nəticəni keçə bilmir. Biz isə 11-ci sinif şagirdindən 5–6 fənn üzrə bütün mövzulardan qəbul imtahanı götürürük. Ağır deyilmi? Çətin deyilmi? Çətindir, əlbəttə çətindir... Ona görə düşünürəm ki, nə qədər asanlaşdırılsa, o qədər yaxşı olar”.
Lalə, BakuPost
Oxusanda belə day dayın və pulun olmasa gedib fəhlə işləməlisən.
2 ci sinf kitablarda berbadi bizim vaxdinizda ixu kitabi olardu indi az dili riyaziyat obqeder cetindi ki chatgibdi oyredir derseri usaqlara tejhsil nazriyi berbadi milet ygwib wikayetin edmir uwaqrmizin sonu gara gedir??2ncsi sinif kitabri berbadi o qeder nagilar yersiz yere yaziblar weirer yersiz menasiz uwaq oyrene bilmir nede boyuk bawa duwmur evleki wairlermiz Allah rehmet edsin
Mentor xanımın və məqalədə səslənən fikirləri Azərbaycanın və Dünya tarixi elminə düzgün olmayan mövgü kimi hesab edirəm! Tarixini, mədəniyyətini bilməyən şəxs köklərindən xəbərsiz olduğunu sayıram. Mən və mənimkimilər sovet məktəbində cəmi 10 il oxumuşuq (1965-1975) və İbtidai cımiyyət Tarix bölgəsini 5-ci sinifdən öyrənmişik, 8 və 10 buraxılış imtahanlarında 8-10 fəndən imtahan vermişik. Dərsliklərimizdən yalnız Azərbaycan Tarixi fənni müsbətən nazik kitab olub və iki illik tədris ilində 7-8 siniflərdə öyrənmişik. 1975-ci ildən bu günə qədər 51 il keçib və öyrəndiklərimiz hələ də yadımızdadır. Mən russ sektorunda oxuduğum üçün bunları yazıram. Düzdü bu 51 ildə bizim oxuduğumuz tarix versiyası demək olar ki, tamamilə yeni aşkar olunmuş arxeoloji tapıntılar və qədim əlyazma mənbələrin orijinallarının dahadəqiq tərcümələri və araşdırmaları nəticəsində bu versiyanın ən azından səhf olmasını, əslində isə qərəzli tarixi hadisələrin dəyişdirilmiş şərhlər olduğunu açıq-aşkar görürük. Ancaq köhnə sovet-ingiltərə təhsil sistemində tərtib olunan dərsliklərin mətinləri hasand anlayışlı və dərs öyrətmə metodikasının hər yeni mövzunun hasanlıqla yadda saxlamağa imkanları olub. Məs buna görə Ali məktəblərə abiturientlərin orta məktəb bilikləri ilə giriş imtahanların üzərindən çoxsu müvəffəqiyətlə gəlirdi. Bugünkü orta məktəb dərsliklərin tərkibi çox acınacıqlı və anlayışsızdır. Elə bil dərslikləri küçədən keçən insanlar ayaqüstü Təhsil Nazirliyin önündə tələsik tərtib edərək və ya Googl Transleit proqramı vasitəsi ilə rus və azərbaycan dillərinə hansısa Afrika dövlətinin dərsliklərindən tərcümə edilmiş vəziyyətdə Nazirliyin poçt qutusuna ataraq və Nazirliyin mütəxəssislərin yoxlamamış çapa göndərilməsinə bənzəyir. Mentorlar isə yalnız testlərə uyğun qısa məlumatlı biliklərə düzgün cavablarını şagirdlərə öyrətməklə vəzifələrini məhdudlaşdırırlar.
Alimləri dənə ilə sayanlar nə vaxt ekspert olublar?