Ru
21:59 / 02 May 2026

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ
Eye

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna rəhbəri Volodimir Zelenski ilə telefon danışığından sonra bir sıra məsələlər üzrə baxışlarda fərqliliklərin olduğunu bəyan edib.

Bakupost.az xəbər verir ki, bu barədə slovakiyalı siyasətçi sosial şəbəkədə yazıb.

Fitsonun sözlərinə görə, o, Ukraynanın Avropaya inteqrasiyasına dəstəyini təsdiqləyib və iki ölkənin paytaxtlarına qarşılıqlı səfərlər barədə razılığa gəliblər.

O qeyd edib ki, fərqli mövqelərə baxmayaraq, onları Bratislava ilə Kiyev arasında yaxşı və dost münasibətlərə ortaq maraq birləşdirir.

“Bəzi məsələlərdə fərqli baxışlarımızın olmasına baxmayaraq, bizi Slovakiya Respublikası və Ukrayna arasında yaxşı və dostluq münasibətlərinə dair ümumi maraq birləşdirir”, — deyə o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar