Ru
15:45 / 04 Fevral 2025

Aqil Abbas üzr istədi - "O söz parlamentdə deyilməli deyildi"

Aqil Abbas üzr istədi -  "O söz parlamentdə deyilməli deyildi"
Eye

Deputat Aqil Abbasın Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında etdiyi çıxış müzakirələrə səbəb olub. O, "arvad boğuşması" ifadəsini səsləndirməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovanın iradına tuş gəlib.

Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, "arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?" - deyə soruşub.

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib:

"Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm".

Xatırladaq ki, "arvad" sözü vaxtaşırı narazılığa, tənqidə səbəb olur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar