Edinburq Universitetinin alimləri duzdan həddindən artıq istifadənin orqanizmdə stress hormonunun səviyyəsini artıra biləcəyini bildiriblər.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, duzun bu xüsusiyyəti alimlər tərəfindən siçanlar üzərində aparılan sınaqlarda aşkar edilib.
Tədqiqatlar duzun yemdəki artıqlığın qanda stress hormonunun tərkibini 75% artırdığını üzə çıxarıb. Artıq duz beyində stress reaksiyasını idarə edən zülalları işə salmaqdan məsul olan genləri stimullaşdırır.
Tədqiqatçılar bildiriblər ki, insanlar üçün tövsiyə olunan duz qəbulu gündə altı qramdan azdır, lakin insanların çoxu müntəzəm olaraq təxminən doqquz qram istehlak edir.
Həkimlər insan orqanizmində xroniki stress hormonlarının yüksək səviyyədə olmasını onun iltihaba, hormonal pozğunluqlara, hipertoniyaya və demensiyaya qarşı həssaslığı ilə əlaqələndirirlər. Alimlər deyirlər ki, duzdan çox istifadə narahatlıq, aqressiya da daxil olmaqla davranış pozğunluğunun yaranmasına səbəb ola bilər.