Ru
14:45 / 25 Sentyabr 2026

Bakıda evlərin bahalaşmasının əsas səbəbləri açıqlandı

Bakıda evlərin bahalaşmasının əsas səbəbləri açıqlandı
Eye

Bakıda mənzil bazarında qiymətlərin artması alıcıların və satıcıların diqqətində olan əsas məsələlərdəndir. Mənzil qiymətlərinin dəyişməsinə tikinti xərcləri, tələb və təklif, kredit imkanları və bazardakı ümumi iqtisadi vəziyyət kimi müxtəlif amillər təsir göstərə bilər.

Bəs Bakıda mənzil qiymətlərinin artmasının əsas səbəbləri nələrdir və bu amillər qarşıdakı dövrdə daşınmaz əmlak bazarında qiymətlərin dinamikasına necə təsir göstərə bilər?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmlak eksperti İlkin Məmmədkərimov Bakıda mənzil qiymətlərinin artmasının bir neçə əsas səbəbi var deyib.

Bakıda evlərin bahalaşmasının əsas səbəbləri açıqlandı
Onun sözlərinə görə, ilk növbədə tikinti xərclərinin, xüsusilə tikinti materialları və torpaq qiymətlərinin yüksəlməsi yeni tikililərin maya dəyərinə təsir edir:

"Digər tərəfdən, şəhərdə mənzilə olan tələbat kifayət qədər yüksək olaraq qalır. Xüsusilə nəqliyyat infrastrukturu inkişaf edən, mərkəzə yaxın və sosial infrastrukturu formalaşmış ərazilərdə tələbin qiymətlərə təsiri daha çox hiss olunur.

Bundan əlavə, alıcıların yeni tikililərə marağı, təmirli mənzillərə üstünlük verməsi və bəzi hallarda daşınmaz əmlakın investisiya vasitəsi kimi seçilməsi də qiymətləri dəstəkləyən amillərdəndir. Lakin bazarda bütün mənzillərin eyni templə bahalaşdığını söyləmək düzgün olmaz. Rayon, bina, təmir vəziyyəti, mərtəbə, nəqliyyat əlçatanlığı və sənədləşmə kimi faktorlar qiymət dinamikasında ciddi fərq yaradır.

Gələcək dövrdə qiymətlərin istiqamətini əsasən tələb-təklif nisbəti, tikinti və torpaq xərcləri, əhalinin gəlirləri, kreditləşmə imkanları və ümumi iqtisadi vəziyyət müəyyən edəcək. Hazırkı göstəricilər bazarda artımın davam etdiyini göstərsə də, bu artımın əvvəlki kimi kəskin deyil, daha çox tədricən və seqmentlər üzrə fərqli xarakter daşıması mümkündür".

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar