Ru
12:32 / 25 Yanvar 2023

Bu, kasıb ailə üçün bir kisə un deməkdir - Deputat arayış qiymətinə etiraz etdi

3949
“Bu gün biz həqiqətən ölkədə həyata keçirilən səhiyyə islahatlarını görürük”.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.


O bildirib ki, yaxşı olardı ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi Nazirlər Kabinetinə hesabat verdiyi kimi Milli Məclisin Səhiyyə komitəsinə də hesabat versin: “Belə olan halda biz prioritetləri seçə bilək. Onsuz da hesabat hazırlayırlar, həmin hesabatın surəti bizim komitəyə göndərilsin”.

Məlahət İbrahimqızı qeyd edib ki, 2022-ci ildə 2021-ci ilə nəzərən dializə gedən xəstələrin sayı 13 % artıb:

“Araşdırılmalıdır ki, bu, niyə belə olub. Digər tərəfdən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığnı bilmirəm. Amma bu məsələyə komitədə baxaq. Eyni zamanda təklif edirəm ki, komitədə psixoloji xidmətlə bağlı dinləmə keçirək”.

Komitə sədri Əhliman Əmiraslanov Məlahət İbrahimqızının təklifini dəstəkləyib: "Bu qurumların hesabatları onsuz da hazırlanır. Bunu bizə də təqdim etmələri üçün həmin qurumlarla danışıqlar apara bilərik".
Şərhlər
  • Rauf Səfəroğlu

    Xahis edirik, mümkünsə, kasıb təbəqənin boğazından təpiklərini çəksinlər.

  • Məlahət xanıma

    Yanlış hesabı Milli Məclis nə edəcək.Onsuz da rəqəmlərin hamısı yanlışdır.Milli Məclis millətin hansı işinə yarayıb ki?MM-də deputatlar yatmaq və oxumadan.rəy bildirmədən imza atmaqldan başqa işə yaramırlar.Ona görə onlar siyahi üzrə orada oturdulublar.Azərbaycan matriarx sistemi ilə idarə olunur.Millətin MM-dən müsbət gözləyəcəyi heç nə bu keçən 28 illdə olmayıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər