Mayın 28-də Türkiyənin Antalya şəhərində bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev şəxsi Feysbuk hesabında hadisə ilə bağlı yeni video paylaşıb.
Bakupost.az xəbər verir ki, A.Musayevin iddiasına görə, görüntülərdə ona qarşı sui-qəsd cəhdi törədən şəxslərin cinayətdən dərhal sonra hadisə yerindən qaçmaları əks olunub.
Qeyd edək ki, sui-qəsddə şübhəli bilinən şəxslər artıq saxlanılıb.
Xatırladaq ki, Araz Musyev ona qarşı sui-qəsdin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən sifariş verildiyini deyib. A.Əliyev isə bu ittihamları təkzib edərək barəsində deyilənləri “böhtan” adlandırıb.