Ru
17:46 / 17 Yanvar 2023

Arestoviçin istefası qəbul olundu

1717
Ukrayna Prezidentinin Ofisi Aleksey Arestoviçin ştatdankənar müşavir vəzifəsindən azad edilməsi ilə bağlı xahişini təmin edib.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Nikiforovun sözlərinə görə, Ukrayna Prezident Aparatının rəhbəri Mariya Vituşok Aleksey Arestoviçin vəzifəsindən azad edilməsi haqqında müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Aleksey Arestoviç bu gün istefa verib. O, bildirib ki, Dneprdə faciənin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən Rusiya raketinin vurulmasına görə baş verdiyi barədə bəyanatdan sonra istefa vermək qərarına gəlib. Arestoviç hesab edir ki, istefasi ilə “mədəni davranış nümunəsi göstərir”.

Xatırladaq ki, fevralın 14-də Rusiya ordusunun Dneprdə yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində 5-i uşaq olmaqla 44 nəfər həlak olub. Həmçinin hadisə nəticəsində 79 nəfər yaralanıb ki, onlardan da 16 nəfəri uşaqlardır.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər