Ru
09:18 / 15 İyul 2025

Arı sancdı - 1 ay komada qaldı

Arı sancdı - 1 ay komada qaldı
Eye

İyunun 12-də 35 yaşlı qadın arı sancmasından sonra komatoz vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.


Bakupost.az xəbər verir ki, zəruri müayinələrdən sonra xəstəyə anafilaktik şok və ensefalit diaqnozları qoyulub.

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin həkimləri tərəfindən müalicə tədbirləri görülüb. Şöbədə müalicələri başa çatdıqdan sonra xəstənin vəziyyəti nəzərə alınaraq Terapevtik Reanimasiya şöbəsinə köçürülüb.

Xəstə təxminən bir ay komatoz vəziyyətdə Terapevtik Reanimasiya şöbəsində müşahidə altında saxlanılıb, uzunmüddətli müalicələr, zəruri intensiv reanimatik xidmətlərdən sonra xəstənin vəziyyəti stabilləşib.

Daha sonra xəstə Nevrologiya şöbəsinə köçürülüb.

Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib, huşu aydınlaşıb, hemodinamik göstəriciləri stabillləşib. Hazırda müalicələri Nevrologiya şöbəsində müalicə həkimi nevroloq Aydan Soltanova tərəfindən davam etdirilir.

Vəziyyətində müşahidə olunan müsbət dinamika nəzərə alınaraq xəstəyə reabilitasiya məqsədli müalicələrin davam etdirilməsi planlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar