Ru
22:00 / 06 Avqust 2025

Məşhur müğənnidən dəhşətli görüntülər - VİDEO

Məşhur müğənnidən dəhşətli görüntülər - VİDEO
Eye

Müğənni Dilarə Kazımova yeni klipi ilə gündəmə gəlmək istədi, amma bu dəfə səhnə performansı yox, təhlükəli davranışları ilə sosial medianı silkələyib.


Bakupost.az Avtosfer.az-a istinadla xəbər verir ki, klip çəkilişi zamanı avtomobil idarə edən sənətçi yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özünü, həm də başqalarını təhlükəyə atıb.


Kadrlar göstərir ki, müğənni nəqliyyat vasitəsinin hərəkəti zamanı təhlükəsizlik kəmərindən istifadə etmir, eyni zamanda hər iki əlini sükandan çəkərək kobud şəkildə qayda pozuntularına yol verir. Hətta bir səhnədə müğənni əllərini sükandan çəkərək ayağa qalxır və bədəninin bir hissəsini avtomobilin lyukundan bayıra çıxarır.

Müğənniyə klipdə digər qadın sərnişinlər də “yardımçı olub”. Onlar da avtomobildə oturacaqları tez-tez dəyişməklə, bəzən sükan arxasında əyləşməklə və qaydalara tamamilə zidd davranışlarla klipə adrenalin qatmağa çalışıblar. Əl-qol hərəkətləri, musiqiyə uyğun “coşmalar” və sürücülərin diqqətini yayındıracaq səhnələr ilə yol hərəkətinin digər iştirakçıları üçün də təhlükə yaradıb.

Maraqlıdır ki, klip boyu avtomobildə çəkilən bu təhlükəli və məsuliyyətsiz davranışlar sanki adi hal kimi təqdim olunub. Qaydalara tamamilə zidd olan bu görüntülər isə sosial şəbəkələrdə izləyənlərin sərt reaksiyası ilə qarşılanıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar