Ru
11:58 / 22 İyun 2022

Astarada Nuru Paşa küçəsi - FOTO

1741
Astara şəhərində mərkəzi küçələrdən birinə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı verilib.


Bakupost.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa məlumat paylaşıb.


“Həmkarım hörmətli Rəşad Mahmudov bu şəkli mənə göndərdi və xeyli sevindim. Azərbaycanın ən gözəl guşələrindən biri olan doğma Astarada şəhərin geniş küçələrindən birinə Nuri Paşanın adı verilib və müvafiq lövhə vurulub. Millətimizin xilaskarına vəfa borcunu yerinə yetirən Astaraya Salam olsun. İnşallah, Bakı da Astaradan nümunə götürər”.


Astaranın deputatı Rəşad Mahmudov isə bildirib ki, təşəbbüs bir neçə il öncə reallaşdırılıb:


“Bu çox yaxşı addımdır. Bir neçə il öncə belə bir təşəbbüs qaldırılmışdı və reallaşdırılıb. Hətta Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç da küçənin açılışında iştirak etmişdi və bu addımı çox bəyənmişdi. Mən icra başçısına təklif edəcəm ki, küçənin başlanğıcında Nuru Paşanın barelyefi və ona uyğun məlumat lövhəsi yerləşdirilsin. Biz bu tariximizə sahib çıxmalıyıq”.




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər