Ru
21:04 / 23 Sentyabr 2026

Fridman və Usmanovu bu siyahıdan Bakı və Daşkənd çıxartdı - Sensasiya

Fridman və Usmanovu bu siyahıdan Bakı və Daşkənd çıxartdı -   Sensasiya
Eye

Rusiyalı oliqarxlar Mixail Fridmanın və Əlişir (Alişir) Usmanovun Avropa İttifaqının sanksiya siyahısından çıxarılması çoxkombinasiyalı sövdələşmənin nəticəsində mümkün olub. Bu iki milyarder sanksiya siyahısından Fransa və Lüksemburqun təşəbbüsü ilə çıxarılıb. Fransa Əlişir Usmanovla bağlı sövdələşməyə Azərbaycanda məhkum olunan vətəndaşının sərbəst buraxılması bəndini əlavə edib. Lüksemburq isə Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasını ona görə təklif edib ki, rusiyalı iş adamı aktivlərinin dondurulması səbəbindən bu ölkəyə qarşı 16 milyard dollarlıq iddia qaldırmışdı.

“Bakupost” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlunun şərhində bildirilib.

“İşin içində Özbəkistanın da olduğunu ehtimal etmək olar. Milliyətçə özbək olan Usmanovun Rusiya ilə yanaşı dogma vətənində də böyük layihələri və yatırımları mövcuddur. Özbəkistan isə Azərbaycanın strateji müttəfiqidir”, - politoloq əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycanda həbsdə olan Martin Rayan əfv edilib və dərhal da Fransaya göndərilib.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar