Ru
17:55 / 04 İyun 2024

“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa - FOTO

1602
Bu gün Audiovizual Şurasının təşkilatçılığı ilə “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Bakupost.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirib ki, dəyirmi masanın məqsədi onlayn media subyektləri ilə kommunikasiyanın genişləndirilməsi, həmçinin audiovizual media, onun tənzimlənməsi və Şuranın fəaliyyəti ilə bağlı media nümayəndələrinə daha geniş məlumatın çatdırılmasıdır. Şuranın ümumi fəaliyyəti, o cümlədən son zamanlar həyata keçirilən işlər barədə geniş açıqlama verən Fazil Novruzov qeyd edib ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən bütün ümumölkə yayımçılarının monitorinqi mütəmadi əsasda, digər yayımçıların monitorinqi vaxtaşırı olaraq və şikayət əsasında həyata keçirilir.

Aparat rəhbəri əlavə etmişdir ki, 2023-cü ildə bir sıra pozuntulara görə yayımçılara 6 dəfə xəbərdarlıq verilib, 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub. Həmçinin, 2024-cü ilin əvvəlindən bugünədək 1 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub.

Bundan sonra Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Azərbaycanda audiovizual media və onun tənzimlənməsi normaları haqqında geniş təqdimatla çıxış edib. Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təcrübə, media sahəsində dövlətin vəzifələri, media azadlığı, təkzib, düzəliş və cavab vermək hüququ, audiovizual media subyektləri və digər mövzular barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Audiovizual Şura tərəfindən çap etdirilmiş “Audiovizual mediada uşaq hüquqlarının qorunması” kitabçası barədə ətraflı məlumat verib. Bildirib ki, uşaq mövzusu, xüsusilə uşaqların zərərli informasiyalardan qorunması məsələsi Audiovizual Şuranın fəaliyyətində prioritet təşkil edir. Şura audiovizual media subyektlərinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər, o cümlədən seminar, dəyirmi masa və təlimlər həyata keçirir.

Tədbir media nümayəndələrini maraqlandıran suallarla davam edib.



“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa -  FOTO
“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa -  FOTO
“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa -  FOTO
“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa -  FOTO
“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər