Ru
09:25 / 29 İyul 2022

Avropada qazla bağlı böhran yarana bilər - Ekspertdən SOS

Avropada qazla bağlı böhran yarana bilər - Ekspertdən SOS
Eye

Avropa İttifaqı ölkələri qaz istehlakını 15 faiz azaltmaq üzrə fövqəladə planı razılaşdırdı.

Qarşıdan isə soyuq aylar gəlir və qaza böyük tələbat olacaq.


Bəs, qaz istehlakını 15 faiz azaltmaq qərarı Avropadakı vəziyyətə necə təsir edəcək?


Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında bildirib ki, Avropanın Rusiya qazından asılılığı var.



İqtisadçının sözlərinə görə Rusiya çalışır ki, Avropa qışa çox böyük qaz ehtiyatları ilə getməsin, çünki qışda əsas problemlər ortaya çıxa bilər:


“Avropa 40-41% Rusiyadan qaz idxal edir. Bunun 2-3%-ni isə Azərbaycan təmin edir. Daha çox Norveç, Əlcəzair, Qətər və ABŞ digər ölkələri qazla təchiz edir. Hazırda Avropa Rusiyanın bazardan çıxmasını kompensasiya edə bilməz. Avropanın Rusiya qazının idxalını azaltması onun şəxsi istəyi və arzusundan irəli gəlmir. Burada bir sıra məsələlər var. Rusiya ödəniş valyutasını dəyişdi, ona görə də bir neçə ölkə uzaqlaşdı. Daha sonra Rusiya Avropanın qaz ehtiyatlarını dondurmaması üçün qaz verilişini saxlayaraq, profilaktik tədbirlər həyata keçdi. Bunun zərurətədən irəli gəldiyi, yaxud Rusiyanın Avropanı sıxması ilə bağlı olduğunu dəqiq demək mümkün deyil. Ötən il Avropaya gedən qaz boruları 10 günlüyə texniki təmirə bağlandı”.


X.Kərimli vurğulayıb ki, Rusiya qazdan Avropaya qarşı təzyiq vasitəsi kimi istifadə edir:


“Rusiya öz milli maraqlarına uyğun davranır, manipulyasiya imkanlarını əlindən vermək istəmir. Həmçinin Rusiya "soyuq müharibə"də istifadə etdiyi vacib silahı aradan qaldırmaq istəmir. Ona lazımdır ki, həm Avropaya qaz versin, həm də manipulyasiya etsin. Digər tərəfdən, Rusiyanın qaz gəlirlərinə də ehtiyacı var. Bu baxımdan Avropa da Rusiya üçün əhəmiyyətlidir. Təbii ki, bu məsələlər qazın qiymətini sürətlə artırır. Qazın kub metri yenidən 2000 dollara çatıb. Bu, Rusiyanın gəlirlərini artırırsa da, Avropanın da qaz xərclərini artırır. Eyni zamanda dünyada müşahidə olunan və bizim də əziyyət çəkdiyimiz inflyasiyanın artacağını göstərir. Bir qədər sevindiricidir ki, biz özmüz də qazı baha satırıq. Qazla bağlı Avropada böhran ola bilər. Avropa ölkələri bunu istisna etmirlər. Onlar belə bir riski də göz altın alırlr ki, Rusiya Avropadan qazı tam kəsə bilər”.

Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar