Ru
12:21 / 24 İyun 2022

Avropaya ixracın artması qazı bahalaşdıracaq? - AÇIQLAMA

2046
Avropa ölkələri Azərbaycandan qaz idxalını çoxaldıb. Bəzi mütəxəssislər 25 ilə ixracı nəzərdə tutulan qazımızın 2-3 ilə satılacağını bildirirlər. Eyni zamanda, qazın xaricə dəfələrlə ucuz satıldığı qeyd olunur. Məlumdur ki, işğaldan azad olunan torpaqların da qazla təminatı prioritet məsələlərdəndir.


Belə olan halda qaz ixracı Azərbaycanın özünün qazla təminatında problem yarada bilərmi?


Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakupost.az -a açıqlama verib.


O, bəzi iddiaların əsassız olduğunu bildirib:




“Birincisi, Azərbaycan istəsə də, qaz ixracını həddən artıq edə bilməz. Çünki qazın Avropaya göndərilmə infrastrukturu var. Bu, hal-hazırda 16 milyard kubmetrdir. Azərbaycan elə bu il maksimum qaz ixracını 16 milyard kubmetr nəzərdə tutur. Bunun 6 milyardı Gürcüstan və Türkiyəyə, 10 milyardı isə Avropayadır. Maksimal tutumu illik 31 milyard kub metrə qaldırıla bilər. TANAP-ın maksimal gücü indi 16 milyard kubmetrdir, lakin 31milyard kubmetrə qaldırıla bilər. TAP-da da indi 10 milyard kubmetrdir, 20 milyard kubmetr ola bilər. Amma bunlar üst-üstə gəlinmir. Avropaya qaz TANAP-la gedir, sonra TANAP-dan da TAP-a keçir. Biz istəsək də, qazın boru çəkilmə tutumu var, bunu edə bilmərik”.


İqtisadçı qazın satış qiymətlərinin ucuz olmadığını deyib:


“Azərbaycan qazı Avropaya ucuz satmır. Bazar qiymətinə satır. İndi ən yaxşı, yüksək qiymətlərdir. Yalnız Türkiyə və Gürcüstana ucuz satır. Bu da fiks qiymətlərdir. Yəni əvvəlcədən müqavilə ilə müəyyən olunub. Bu da bazar qiymətləri ilə müqayisədə ucuz hesab olunur. Çünki indi bazar qiymətləri çox yüksəkdir. İstənilən halda, indi hər iki qiymət 5 il əvvəllə müqayisədə çox yaxşıdır. Azərbaycanda ilk rübün enerji gəlirlərinə baxanda görürük ki, qazdan gələn gəlirlər neftə çatır. Bu da çox yaxşı haldır”.


X.Kərimli Qarabağın qaz təminatı məsələsinə də toxunub:


“Dünya alternativ enerji istiqamətinə gedir. Qarabağda da məqsədimiz odur.

Digər məsələ, Qarabağda əvvəlcə yaşayışı bərpa etməliyik. Hökumət Qarabağda günəş panelləri, su-elektrik stansiyaları və istilik təminatı məsələlərinə diqqəti artırır. Amma qaz çəkilməsi ilə bağlı məsələlər hələ gələcəkdə olacaq işlərdir. Paralel olaraq həm qaz, həm neft yataqlarının axtarışı keçirilir. Əhalinin sayında artım olarsa, bu məsələ haqqında dəqiq nəsə deyə bilərik. Hökumət sırf Qarabağa qaz çəkməlidir deyə qaz tələbatı artmayacaq. Əhali artırsa, qaza tələbat da çoxalır. Amma Qarabağa insanlar gedir deyə tələbat artmayacaq. Burada təhlükə görmürəm.

Qazı yüksək qiymətə nə qədər çox satsalar, o qədər yaxşıdır. Buradan gələn pulları hara xərcləmələri başqa məsələdir. Amma satmaq əhəmiyyətlidir. Dövlət büdcəsinin əsas hissəsini neft və qazdan gələn gəlirlər təşkil edir. Azərbaycanda vergi ilə formalaşan büdcə yoxdur. Digər gəlirlər Azərbaycan büdcəsinin 46 %-ni təşkil edir. Bu da əsasən, neft və qazdan asılıdır”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Bəhram

    Neft və bağlı bircə məsələ hər layihədə Azərbaycanın payının 50%ə qaldıtmaq imkanıdır. Doğrusu həmin sahələri xarici şirkətlər istismar edirlər? Ancaq, ölkə büdcəmizin əsas hissəsini ölkə istehsal iqtisadiyyatı doldurmalıdır? Heç olmazsa hər il büdcənin sətvətdən asılılığını 10% aşağı salmaq gərəkdir! Valyuta Ehtiyatı dəyərini itirir, ehtiyat yamacağın dəyəri isə yüksəlir. Günəş və Su enerjiləri əski Sovet filmi kimi "Это мы проходили!", bu gün var, sabah yox? Mingəçevirin bütün SU STANSİYALARI çalışırmı? Qarabağ kimi xəyalpərəst tədqiqatlarla yanaşı qəti-dəqiq və yüksək texnoloji faydalısahələrə cəh etmək, üstünlük vermək gərəkdir!?

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər