Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) Stavropolda 18 yaşlı qızı həbs edib.
Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, o, Ukrayna xüsusi xidmətlərinin tapşırığı ilə Rusiya Müdafiə Nazirliyinin zabitinə qarşı terror aktı hazırlayırmış.
FTB-nin məlumatına görə, gənc 400 qram TNT ekvivalentində partlayıcı qurğunu hərbi hissə yaxınlığında park edilmiş avtomobilin altına yerləşdirməyə çalışarkən həbs olunub.
Rəsmi açıqlamada bildirilir ki, qız telefon fırıldaqçıları tərəfindən aldadılıb, saxta təhdid və hədələr vasitəsilə terror aktına razı salınıb.
Hadisə ilə bağlı terror aktına cəhd, partlayıcı qurğuların qanunsuz saxlanması və hazırlanması maddələri ilə cinayət işi açılıb.
Cavid, BakuPost