Ru
17:42 / 15 Dekabr 2025

“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı - SİYAHI

“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı - SİYAHI
Eye

“Azercell” bəzi kredit əsaslı xidmətləri üzrə yeni xidmət haqlarını müəyyənləşdirib.

Bakupost.az xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin müştərilərə təklif olunan tarif və xidmətlərin daha səmərəli şəkildə tənzimlənməsi məqsədilə 13 yanvar 2026-cı il tarixindən etibarən Simkredit və əlaqəli xidmətlər üzrə yeni ödəniş mexanizmi qüvvəyə minəcək.


Yeni qaydalara əsasən, 1 AZN məbləğində Simkredit üçün 0,30 AZN, 2 AZN Simkredit üçün 0,60 AZN, eləcə də 2 AZN-lik Simtaksit xidməti üçün 0,60 AZN xidmət haqqı tətbiq ediləcək. Bundan başqa, Ekstra kredit və İnternet kredit xidmətləri daxil olmaqla, “Simkredit” və “Simtaksit” çərçivəsində həyata keçirilən hər bir sorğuya görə 0,12 AZN ödəniş tutulacaq.



Qeyd edək ki, bu dəyişikliklər əvvəlki tariflərlə müqayisədə nəzərəçarpacaq artım deməkdir. Belə ki, əvvəl 1 AZN kredit üçün 0,20 AZN, 2 AZN kredit üzrə 0,40 AZN, 3 AZN kredit üçün isə 0,60 AZN servis haqqı tutulurdu. Bu da müqayisədə 50% artım deməkdir.



Şirkət vurğulayıb ki, bu dəyişikliklər göstərilən xidmətlərin davamlı inkişafını təmin etmək və müştəri məmnuniyyətini daha da yüksəltmək məqsədi daşıyır.



Şərhlər
  • İ.Mustafaoğlu

    Azərselin gəlirlərinə nəzarət edilməlidir!

  • Qara

    AXZERCEL bütün mobil operatorlardan öndədir. İrəliləyişlər arzu edirəm.

  • RASNM MNSNROB

    SALAM HECƏSİS. AXERCELLHİJƏ.QİJMƏTLƏRİ.ÜALDİRİRSİZ.JAXŞİ.ELƏMİRSİZ

  • Gündüz Selimov

    Utanın ölünde axırıncı varianta əl atmısınız ayıb olsun

  • Rafael Babayev

    Müştərinin məmuniyyətini yüksəltmək? Hansı axmaq müştəri istəyərki qiymətlər bahalaşsın

  • Hüseyn Hüseyni

    Deyirəm milləti necə qoyun yerinə qoyurlar. İndi o birilərid baxıb ogruselə onlarda qaldırar

  • Namelum

    Tupurum sizin xidmetinizede sizede camaati soyub sorada deyirki xidmet edirem

  • Anonim

    Lənətə gələsiniz

  • Əmrah Məmmədov

    Hər gün bir şeydə deməmiş kontur çıxır xəbər ver balan məlumat heç biri də icazə tələb etmədən hansı müştəri məmnuniyyəti

  • Heydər Əsədov

    Nə deyim onsuzda onlar oxumur xəbər saytlarında olan məqalələri.

  • Amin Əliyev

    Hamı birlikdə Azercelldən imtina etmək lazımdır

  • Zabir

    Başınıza dəysin sizin xidmətiniz, hansı xidmətdən danışırsınız?

  • Canına azzar azercell

    Götəş azercell

  • Anonim

    Nə qədər artisanizda 6 ayda 1 manat vururam

  • Sahib

    mecbur qalmasam coxdan deyismisdm sebekeni. Lenet olsun Azercelle

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar