Ru
11:38 / 13 İyun 2022

Aydın Tağıyevin “Vətən” şeiri aktyorlar tərəfindən səsləndirildi - VİDEO

2345
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ilk “Zəfər marşı”nın müəllifi Aydın Tağıyevin daha bir şeiri yayımlanıb.

Bakupost.az xəbər verir ki, “Vətən” adlı şeirin texniki dəstək və koordinasiyası Azərbaycan radiosunun (AzTV radio) əməkdaşı, jurnalist Ülkər Tahirqızına məxsusdur. Şeiri teleradio aparıcısı, jurnalist Mahəddin Əsgər, aktyor Vüsal Murtuzəliyev, Xəzər TV-nin aktyoru Sənan Əlləzov, aparıcı, aktyor Hüseynağa Aslanov və aparıcı Məmmədbağır Eyvazov səsləndiriblər. Eyni zamanda şeirə videoqraf Fərid Abdullah tərəfindən videomaterial da hazırlanıb.

Qeyd edək ki, sözügedən şeir müəllifin vətənpərvərlik mövzusunda yazdığı ikinci şeiridir. Müəllif Vətən müharibəsi zamanı yazdığı ilk “Zəfər marşı” şeiri və “Qarabağ həqiqətləri - 1992-2020” layihəsinin, eləcə də “Fədakarlar bir amalın uğrunda” kitabının müəllifidir.

“Vətən” şeirini təqdim edirik:

Söylə qardaş, Vətən nədir?
Üç rənglinin dalğasında məğrur duran igid torpaq!

Bu torpağın dərdi nədir?
Bağrı qanlı, şəhid oğlu Qarabağ!

Bu diyarın qızıl səsi haradır?
Qalib torpaq, xan qalası Şuşadır!

Nağıl kimi xoşbəxt şəhər, qədim diyar hardadır?
Yerlə-yeksan olmuş Ağdam indi xəyallardadır!

Bu diyarın köksündə canı haradır?
Ağrı dağdan boylanan, Zəngəzura meylin salan, qədim diyar Naxçıvan!

Vətənimin bədənindən bir əsirlik ayrı düşən canı kim?
Arazın sağ tərəfində gözü yolda Təbrizimdir, Təbrizim!

Bu millətin sağalmaz yarası varmı?
Var! Viranə Xocalı, günahsız körpələr, yazıq qocalar, haqqın gözü sənin üçün bir ömür ağlar!

Göy üzündə qarlı dağlar haradır?
Ay Laçındır, Böyük Murov, can Kəlbəcər, çılğın cavan Dəlidağ
Ana Vətən övladıdır bu dağlar!

Bizdən qopan tarixin gözün oyan, haqları kor qoyan səf hansıdır?
O İrəvan, eh İrəvan köksündə yan, dönəcəkdir Azərbaycan!

Qədim paytaxt, məğrur şəhər haradır?
O Gəncədir, Cavad xandan yadigar!

Odlar yurdu, baxan gözün haradır?
Xəzərin qoynundakı əziz şəhərdir Bakı!

Aydın!
Bu torpaqlar Vətən üçün can deməkdir!
Yaşlanıb ölmək üçün arzu-kam deməkdir!
Üç rənglinin günəşi Azərbaycan deməkdir!



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər