Ru
11:10 / 18 Aprel 2024

Aytən Səfərovanın vəziyyəti açıqlandı

3334
Ötən gün ağır yol qəzasına düşən tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakupost.az -a bildirilib ki, aparıcının hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir:


“Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır”.

Qeyd edək ki, ötən gün Xətai rayonunun 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. O, ağır xəsarət alıb. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər