Ru
14:30 / 29 İyun 2024

Azadlıq heykəlinin naməlum hekayəsi

2636
ABŞ-ın Nyu-York şəhərindəki Azadlıq heykəlinin rəngi əslində yaşıl deyil. Onun əsl rəngi illər ərzində dəyişib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə fərqli bir rəngə sahib olan heykəl oksidləşmə ilə əlaqədar bu gün bildiyimiz yaşıl rəngdə görünür. İnsanların çoxu heykəlin yarandığı zaman fərqli rəngdə olduğunu indi öyrənirlər.

Azadlıq Heykəli Roma azadlıq ilahəsini təsvir edən neoklassik heykəldir. O, Nyu-Yorkun, hətta dünyanın ən ikonik abidələrindən biridir.

151,1 metrlik abidə Nyu-Yorka fransızlar tərəfindən hədiyyə edilib və 28 oktyabr 1886-cı ildə şəhərin o zamankı qubernatoru Qrover Klivlend tərəfindən açılışı edilib.
Bildirilir ki, Azadlıq heykəli əvvəlcə mis rəngində olub və kimyəvi reaksiyalar nəticəsində indiki mavi-yaşıl rəngini alıb. Heykəl üç dəfə rənglənsə də, onu heç vaxt əvvəlki mis rənginə qaytarmaq olmayıb. Bəzi amerikalılar isə heykəlin rənginin dəyişdirilməsini istəyirlər.
Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər