Ru
19:00 / 01 Avqust 2024

Azərbaycan Sloveniyaya qaz təchizatına başladı

Azərbaycan Sloveniyaya qaz təchizatına başladı
Eye

Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz təchizatına başlayıb.

Bakupost.az xəbər verir ki, u barədə "APA-Economics"ə SOCAR-dan bildirilib.

Qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir.

SOCAR və "Geoplin" uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.

Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar