Ru
12:47 / 25 Yanvar 2023

Azərbaycan XİN-dən ABŞ Dövlət Departamentinə CAVAB

1550
Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamenti sözçüsünün yanvarın 24-də dediklərinin əksini sübut edir.

Bakupost.az xəbər verir ki,bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb.


“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi! - deyə qeyd edilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə kommersiya və şəxsi səyahətlər də daxil olmaqla Laçın dəhlizində sərbəst hərəkətin tam bərpasına çağırış etmişdi.
Şərhlər
  • M.Məmmədov

    Tvitterdə yazmaq yox, ABŞ-a nota vermək lazımdır. ABŞ-da kimdir bizim tvitteri oxuyan

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər