Ru
12:07 / 04 Sentyabr 2026

Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?

Azərbaycanda bu sözü deyənə  15 il həbs verilir?
Eye

Sosial şəbəkələrdə yayılan iddiaya görə, Azərbaycanda “Mən “vor v zakon”am və ya “qanuni oğru”yam” ifadəsini işlədən şəxslər həbs edilə bilər. Hətta həmin şəxsləri 8 ildən 15 ilə qədər həbs gözlədiyi deyilir.

Bəs Azərbaycan qanunvericiliyində bununla bağlı hər hansı maddə var?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova sosial şəbəkələrdə yayılan bu iddia hüquqi baxımdan doğru olmadığını bildirib.

“Qanuni oğruyam” ifadəsini işlətmək öz-özlüyündə cinayət hesab olunmur və buna görə 8 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulmayıb. Azərbaycan qanunvericiliyində məsuliyyət ifadənin özünə deyil, şəxsin konkret fəaliyyətinə və törətdiyi əmələ görə müəyyən edilir. Əgər şəxs kriminal qruplaşmanın yaradılmasında, idarə edilməsində və ya fəaliyyətində iştirak edirsə, yaxud bu statusdan istifadə edərək başqa cinayət əməlləri törədirsə, həmin əməllərə uyğun olaraq cinayət məsuliyyəti yarana bilər”, - deyə o qeyd edib.

Hüquqşünas bildirib ki, sadəcə hansısa şəxsin özünü “qanuni oğru” adlandırması avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir:

“8 ildən 15 ilədək həbs məsələsi isə yalnız konkret cinayət tərkibi və qanunda həmin əməl üçün nəzərdə tutulan cəza ilə bağlı ola bilər. Belə iddialar böyük ehtimalla Rusiya qanunvericiliyindəki kriminal iyerarxiyada yüksək mövqe tutmağa görə məsuliyyətlə qarışdırılıb”.

Şərhlər
  • Ferz

    İctimaiyyəti narahat edən problemlərdən və onların həlli istiqamətindən yazsaz daha faydalı olar.

  • Bəhi

    Hörmətli hüquqşünas Xanım, adətən daha yüksək fərqli canlı *tənbəl* insanlar hərtərəfli çevik işdən çox NƏYƏSƏ, kimlərəsə (Bosluq) rəhbərlik etməyə, buyruq-göstəriş verməyə daha meyilli olurlar? *Qanun Oğrusu* üçün də Şahmatın qaydaları-gediş kvadratları üzrə Süni İntellekt kimi daşlara, fiqurlara daha dərin-geniş avtoritetli-şöhrətli üstün-itgisiz göstərişlər vermə şansları da var. Sahmatı öyrənmək, bilmək lazım? Təbii ki, ən sadə işin də, geniş münasibətlərin də uğuru daha dərin diplomatiya və bilgilərin mülahizəsi əsasında formalaşır! Əzmkarlıqsız fəaliyyət xarakteri avtoritet-şərəf xəyalının təsəlli nəticəsi elə alayarımçıq (hüquqsuz) *uğur* olmurmu?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar