Ru
16:58 / 17 Yanvar 2026

Azərbaycanda həkimlər “yoxa çıxır” - TƏBİB sədrinin müşaviri - VİDEO

 Azərbaycanda həkimlər “yoxa çıxır” - TƏBİB sədrinin müşaviri - VİDEO
Eye

“Bakupost TV”də uzman doktor Turanə Rəsulovanın təqdimatında yayımlanan Saturasiya verilişinin növbəti qonağı Almaniyanın Mannheim Universiteti Klinikasının cərrahi şöbəsinin cərrahı, ümumi cərrahiyyə bölməsinin müdiri, professor Vüqar Yaqublu olub.

Veriliş zamanı Azərbaycan səhiyyəsinin mövcud durumu, TƏBİB-in tətbiq etdiyi yeni idarəetmə modeli və bu sistemin Almaniya səhiyyəsi ilə fərqləri ətraflı müzakirə edilib. Qonaq çıxışında həm praktiki həkim, həm də TƏBİB sədrinin müşaviri kimi müşahidələrini bölüşərək, sistemin real problemlərinə institusional baxış bucağından toxunub.

Professor Vüqar Yaqublu rezidentura ilə bağlı qanunvericiliyin müsbət və mənfi tərəflərini şərh edib, Azərbaycanda cərrahların və cərrahi əməliyyatların sayının az olmasının əsas səbəblərinə diqqət çəkib. Onun sözlərinə görə, məhdud prosedur çeşidi və praktik imkanların zəifliyi gənc həkimlərin ölkədən getməsini sürətləndirir.

Verilişdə səsləndirilən bəzi diqqətçəkən faktlar bunlardır:

• Azərbaycanda 90, Almaniyada isə 2095 adda cərrahi prosedur mövcuddur;

• Almaniyada cərrahi əməliyyatlardan sonra ağırlaşma hallarının statistik olaraq daha çox qeydə alınması nəzarət və şəffaflığın yüksək olması ilə bağlıdır;

• Almaniyada xəstənin sol ayağı əvəzinə sağ ayağının əməliyyat edilməsi kimi tibbi səhvlər belə rəsmi statistikaya düşür;

• Azərbaycanlı həkimlər Almaniyada bir çox klinikalarda ən yaxşı 10 mütəxəssis sırasında yer alırlar.

Professor bildirib ki, bu gün dünya ixtisaslı tibbi kadrlar uğrunda ciddi mübarizə aparır və Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, hər il təxminən 1500-ə yaxın tibb məzunu universitetləri bitirsə də, onların cəmi 300-ə yaxını Azərbaycanda fəaliyyətini davam etdirir, digərləri isə xaricə üz tutur. Bu tendensiya dəyişməzsə, gələcəkdə Azərbaycanın xarici ölkələrdən, o cümlədən Şərq respublikalarından həkim dəvət etməyə məcbur qala biləcəyi istisna olunmur.

Qeyd edək ki, professor Vüqar Yaqublu Azərbaycan Tibb Universitetinin məzunudur. O, bir müddət ölkəmizdə müxtəlif tibb müəssisələrində çalışdıqdan sonra Almaniyaya köçüb və hazırda Mannheim Universiteti Klinikasında həm elmi, həm də cərrahi fəaliyyətini davam etdirir, eyni zamanda TƏBİB sədrinin müşaviri kimi səhiyyə sistemində islahat proseslərinə töhfə verir.


Şərhlər
  • Elnarə Əhmədova

    Azerbaycandan neinki hekimler umumiyetle bütün ixtisas sahibləri savadlı kadrdisa getmelidi.cunki buna mecbur edirlər.adam 1000 manat qazanirsa onun 500 unu kamunala görə qaytarir dövlətə.500 manatla da surunur.ona görə de coxib gedir hər kes.

  • Cavid

    Rezidentura yerlərinin sayin artirsalar tələbələr xaricə qacmaz

  • Cavid

    Azərbaycanda 1500 tiibb məzunu olsada həkim isləmək üçün 300 rezidentura yeri ayrilir.

  • Qurbanova Sevinc

    Çox sağ olun bu cür maraqlı müsahibəyə görə.

  • Hökmü Fərmandarlı

    Yalnız Ədalət Hüququ üzrə çalışmalı Beynəlxalq Siyasət BMT Baş Assambleyi, Ədalət Məhkəməsinə də əhəmiyyət vermədən seçdikləri marağa savaşdıqları kimi hər sahədə də Özünü yüksək Reklam atributlarından biri də daha üstün-dəqiq ixtisaslı digərini anti-reklam edib, nüfuzunu endirmək cəhdidir. Dünyəvi Rəqabətə müvəffəq böyük Çindən Süni İntellektlə (Robotla) Azərbaycanda birgə-müvəffəq əməliyyat edirlər!!! Bu əməliyyat Universal İqtisadi Siyasətli böyük ÇXR elminin dünyəvi müvəffəqiyyətidir. Eyni halda pasientinə münasibətdə Azərbaycan hüququnun buraxılmaz boşluğu deyilmi? Bu hal yaxın faciəli işğal tarixini xatırladır. Əski DQMV soveti Azərbaycanın Qarabağinı millətçi (keçmiş daşnağ) qrupuna aid edir? Ani olaraq ölkədə Qarabağın operativ azadlığı üçün Xalq Cəbhəsi Partası formalaşır. (Bu yeni demokrit partiya digər dünyəvilər kimi hərbi dəstək almırdı?) İşğal terrorBaşı DQMV soveti hərbi dəstək aldıqca (adekvat gücsüz) AXCP geri çəkilmə məcburiyyətini Kəlbəcər işğalı zamanı *ATƏT gəlib, qaytaracaq?* ifadəsi ilə qəbul etmiş, yəni xalqı-dövləti müdafiə üçün kəsərli dünyəvi digər heç bir çağırış iqtidarı göstərmir? Azı 70%i qadınlardan ibarət Azərbaycan Səhiyyəsi və Tibb elmi SSRİ səhiyyəsinin ən nüfuzlularından sayılırdı. Əslində qeyri-rəsmi Konsiliumla qəbul edilən ciddi əməliyyat-müalicə qərarları qəbul edən sovet xəstəxanaları de fakto Elmi-tədqiqat institutları kimi fəaliyyət göstərirdilər. Bir düşüncə yaxşıdır, 2cisi etibarlıdır, 3cüsü inam-əminlikdir, 4cüsü bütövlük, 5cisi isə tamlıqdır! Hər ciddi işin icrasına konsilium, tarixən (sadəcə bələdiyyənin eşidilməsi deyil) hər məhəllə, kənd, qəsəbə Məsləhətxan qərarı-həlli kimi (adətən səhvsiz, ən optimal-obyektiv) qəbulu qaçılmaz zərurətdir!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar