Ru
13:59 / 08 Avqust 2022

Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidməti

2473
“Nar” Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında ilk üztanıma texnologiyasının tətbiq edildiyi eSIM xidmətini təqdim etdi.

Bu xidmət sayəsində həm mövcud, həm də yeni abunəçilər eSIM nömrəni heç yerə getmədən onlayn şəkildə əldə edə bilərlər. eSIM nömrəsini əldə etmək üçün esim.nar.az səhifəsində lazım olan məlumatları daxil edib QR kod vasitəsilə xidməti aktivləşdirə bilərsiniz.


Qeyd edək ki, SIM kartlarla müqayisədə bu xidmətin bir çox üstünlükləri var. eSIM xidməti nömrənin zədələnməsi, itməsi və ya dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zəruriyyətini aradan qaldırır, eləcə də telefonda əlavə nömrənin istifadəsinə şərait yaradır.


eSIM haqqında daha ətraflı məlumatı esim.nar.az səhifəsindən əldə edə bilərsiniz.


“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər