Ru
15:18 / 30 Yanvar 2020

Azərbaycanda kulinar blogerlər qrupu yaradılacaq - FOTOLAR

Azərbaycanda kulinar blogerlər qrupu yaradılacaq  - FOTOLAR
Eye

Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi, Peşə Təhsili Üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Assosasiyasının dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində “Təhsil alan gənc kulinarların III Şirniyyat Festivalı” keçirilib.

"BakuPost" xəbər verir ki, festivalda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menencment Universiteti Bakı Turizm Peşə Məktəb, Peşə Təhsili üzrə Dövlət Agetliyinin altı peşə məktəbi (İçtimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Mərkəzi, Bakı Qida Sənayesi Kolleci, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi) iştirak edib.


Forum Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun salamlama çıxışı ilə başlayıb. Daha sonra Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fikrət Nəbiyev, Naxçıvan Milli Kulinariya Mərəzinin Nümayəndəsi, Milli Kulinariya Assosiyasiyasının Qəbələ, Gəncə, Ağıstafa, İsmayıllı, Masallı, Kəlbəcər, Şuşa, Sumaqyıt, Lənkəran və s. regionların nümayəndələri çıxış ediblər. Tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyi, Dövlət Peşə Təhsili Agentliyi, Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Forumda kulinar blogerlər qrupunun yaradılması məsələsi müzakirə olunub, WACS və WICS komisiyalarının nümayəndələri seçilib. Forumda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarına müraciət qəbul edilib. Çempionatın sonunda qaliblər mükafatlandırıldı.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar