Ru
12:25 / 11 İyun 2025

Azərbaycanda müəllimlər qəzaya düşdü - Ölən var - YENİLƏNİB

Azərbaycanda müəllimlər qəzaya düşdü -  Ölən var - YENİLƏNİB
Eye

İyunun 11-də saat 10:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakupost.az -a TƏBİB-dən bildirilib. Məlumata görə, 2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

***
Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.

Bakupost.az xəbər verir ki, ölən şəxs avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılovadır.

Xəsarət alanlar sürücü 2001-ci il təvəllüdlü Ş.Hüseynova və avtomobildə olan sərnişin 2021-ci il təvəllüdlü Əlidir.

Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olub.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar