Ru
15:36 / 15 May 2024

Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ

Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ
Eye

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib.

Bakupost.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Afət Məmmədova açıqlayıb.


Onun sözlərinə görə, nikah yaşı yetkinlik yaşına çatma ilə müəyyən olunur.

“18 yaş vətəndaşın tam hüquq qabiliyyəti əldə etdiyi vaxta təsadüf edir. Bu da o deməkdir ki, insan öz hüquqlarını dərk edərək hərəkət edir və məsuliyyət daşımaq bacarığı var və ona hazırdır. Ailəsi, həmçinin gələcək uşaqları qarşısında olan mənəvi borcunu yerinə yetirməyə hazırdır və cavabdehdir”.

A.Məmmədova bildirib ki, bu səbəblərdən ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir:

“Erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq, bir çox ölkələrdə erkən nikah praktikası mövcuddur və Azərbaycanda da bu hallar istisna deyil”, - deyə A.Məmmədova əlavə edib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar