Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin bahalaşması Azərbaycanda sosial ödənişlərin artırılması ilə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Belə ki, müzakirələrdə neft gəlirlərinin artmasının uşaqpulunun bərpasına, eləcə də pensiya və digər sosial ödənişlərin artırılmasına təsir edəcəyi iddia olunur.
İddialar nə dərəcədə realdır? Bahalaşma buna təsir göstərə bilərmi?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov Azərbaycan kimi dövlət büdcəsi və ixrac gəlirləri əsasən neft sektorundan formalaşan ölkələr üçün dünya bazarında neftin qiymətinin artması iqtisadiyyat üçün müsbət göstəricidir deyib.
“Çünki neftin qiyməti artdıqca dövlətin ixrac gəlirləri və büdcə daxilolmaları da artır. Lakin bu, o demək deyil ki, neft bahalaşan kimi dərhal pensiyalar, sosial müavinətlər artırılacaq və ya universal uşaqpulu tətbiq ediləcək. Bu cür qərarlar dövlət büdcəsinin imkanları, hökumətin sosial və fiskal siyasəti, eləcə də qəbul olunan büdcə qərarları əsasında verilir. Neftin bahalaşmasının digər tərəfi də var. Adətən enerji daşıyıcılarının qiymətinin yüksəlməsi qlobal inflyasiya təzyiqlərini də artırır. Nəticədə dövlətin gəlirləri artsa da, xərcləri də yüksəlir. Amma neft qiymətləri uzun müddət yüksək səviyyədə qalarsa və dövlətin gəlirləri artarsa, bu, hökumətə sosial xərcləri artırmaq üçün daha çox imkan yarada bilər. Belə olan halda pensiyaların, sosial müavinətlərin və digər ödənişlərin artırılması mümkündür”, - deyə o bildirib.
İqtisadçı bildirib ki, hazırda Azərbaycanda universal uşaqpulu sistemi tətbiq edilmir:
“Belə bir mexanizmin yaradılması yalnız neftin qiymətindən asılı deyil. Bu, dövlətin sosial siyasətindən, büdcə prioritetlərindən və qanunvericilikdə ediləcək dəyişikliklərdən asılı olan məsələdir. Bundan başqa, neft gəlirlərinin hamısını cari sosial ödənişlərə yönəltmək də düzgün yanaşma olmaz. Bu vəsaitin bir hissəsinin Dövlət Neft Fondunda toplanması, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli iqtisadi sabitlik baxımından daha məqsədəuyğundur.
Eyni zamanda, uzun illərdir həyata keçirilən dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi istiqamətində də müəyyən boşluqlar mövcuddur. Xərclənən hər bir manatın iqtisadi və sosial baxımdan nə qədər nəticə verdiyini ölçən vahid, şəffaf qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac var”.
Qeyd edək ki, iyulun 23-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.83 dollar və ya 1.85% bahalaşaraq 100.56 ABŞ dolları olub. “Azeri Light”ın əvvəlki qiyməti 98.73 ABŞ dolları təşkil edib.
Hörmətli İqtisadçı Azərbaycan Dövləti və Büdcəsi də, bu gedişlə hələ 30-35 il də *separat* hərbi dəstəklənən, enerji resurslarını fontana tükəndirən Siyasi Köçəryan və İqtisadi özəl də yox, özgələşən enerji bumundan hansı mükəmməl ssenari gözlənər-qalıb? Hər canlı və vətəndaş-insan öz düşünülmüş məhsuldar işi müqailində yüksələn rifaha çalışar və çalışır da! Neftin harayı 2017də bitdi. Hərbi işğal əngəlinə də 2020ci Zəfəri son qoydu! Ancaq, 1992ci ildən tam Müstəqilliyə buraxılandan Gülüstana, Göydələnlərə, dünyəvi Haraylı yanacaq kəmərlərinə nail olsaq da, azı 25-30 il suveren şaxələndirdiyimiz iqtisadiyyat adambaşına son AzSSR dövrünün natural məhsulunu verirmi? Yaşam və iqtisadiyyat bir-jki nəfərin çaldığı qatıqla, ya KİMinsə əkdiyi böyük bostanla ödənməzdi ki, deyəsən-tutmaz, olar Ayran, ya Yeməsən yalnız budur? Hansı sahə yenidən qurulub, tam zəmanətlidir və yaxın keçmiş daimi dünya bazarlı sənayeni yeni hansı sənaye sahələri əhali artımına uyğun əvəzləyir? Məclisdən başlamış hamı hərtərəfli ciddi düşüncəli çalışmalıdır. Misal üçün əhali artımı 1,1%dən 0,1%ə salınıb. Deməli, hər bir uşaq üçün hər ailəyə ayda azı 50-100 azn dəstək məktəb yaşına qədər ödənməlidir. Gender bərabərliyi üçün belə uşağın ən yaxın himayəçi-tərbiyəçi valideyninə hər uşaq üçün azı iki il tez təqaüdə getmə əvəzini (həmişə dövlət-büdcə deyirlər?) cəmiyyətimiz ödəməli deyilmi? Çox danışdığımız Milli PRORİTET şunlar deyilmi? Bir baş digərindən üstün düşünə və yüksək qərara sahib ola bilər, lakin heç zaman bir neçə mükəmməl ixtisaslı düşüncəlilərin mülahizə və qərarından faydalı, səmərəli, üstün ola bilməz?