Ru
22:46 / 07 İyun 2024

Azərbaycanda sıradan çıxan ixtisaslar - VİDEO

Azərbaycanda sıradan çıxan ixtisaslar - VİDEO
2519

Hazırda ölkəmizdə biomedikal mühəndislik, kompyuter dizayneri, nanotexnologiya, informasiya təhlükəsizliyi, ekologiya kimi ixtisaslara maraq həddindən artıq çoxdur.

Bakupost.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, müəyyən ixtisaslara marağın azalma səbəbi isə yaxın gələcəkdə onları süni intellektin əvəzləyə bilməsi olmasıdır və bu da onların prespektivini azaldır.

O, deyir ki, hətta keçiriləcək COP29 tədbiri abituriyentlərdə ekologiya sahəsindəki ixtisaslara xüsusi maraq yaradıb.

Ekspert yaxın gələcəkdə mühasibatlıq, tərcüməçilik kimi ixtisaslara ehtiyac olmayacağı üçün bu ixtisaslara abituriyentlər tərəfindən marağın olmadığını da qeyd edib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar