Ru
11:00 / 24 Fevral 2023

Azərbaycanda “Trendyol”a qadağa qoyula bilər - Səbəb

11014
Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin "Trendyol" platformasına məxsusdur.

Bakupost.az Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda deyib.


O, qeyd edib ki, "Trendyol"un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər:

"Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var.

Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi.

Bu təkliflər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən requlyativ tədbirlər aparılmaqla Azərbaycanda satış dövriyəsi yuxarı olan xarici mənşəli platformaların yerli nümayəndəliyi açılsın. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil. Bu, yalnız bir beynəlxalq təcrübədir".

"Azərbaycanda bu sahədə rəqabət şərtləri intensivləşdikcə rəqabət orqanları alqoritm əsaslı rəqabəti öyrənməlidir. Ümumiyyətlə rəqəmsal bazarların tənzimlənməsinin qarşısındakı ən böyük çətinlik odur ki, həm iqtisadiyyatı, həm rəqabəti, həm də alqoritmi bilən mütəxəssis azlığı var", - deyə C.Süleymanlı bildirib.
Şərhlər
  • Zaka

    Onsuz sizin bizimkiler xiyar xoyar islerle mesguldu.Kimse 10-15 manat paltar alacaq bizim vergi sistemi bu 10-15 manatdan vergi tutmaq isteyecek,ya da tv de bos bos dovsan-dofsan-dosan deye musahibe aparirlar.gic gic seylere qaldi bizim orqanlara qaldi.

  • Sevda Abbaszadə

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti adlı bir qurum nəyə xidmət etdiyini bilir? Ölkədə məmurların inhisarı (manipylasiyası) hər sahədə baş alb gedir. Bu qurum getsin, cəsarəti çatırsa onlarla mübarizə aparsın. Kasıbın gətirdiyi tuman-köynəyi saymasın.

  • Qafar

    Haqsız rəqabət aparan, inhisarçılıqla məşğul olan bu qədər "şirkətlər" və sahələr var ikən, siz ölkə əhalisinin 3-4 % nin alver etdiyi Trendyol satış platformasını mövzubəhsi etməyinə doğrusu çaşıb qaldım. Siz maraqlanın ki, niyə görə bizdə satılan dərman qiymətləri Türkiyədəkindən 10 dəfə bahadır, həmçinin digər mallar. adamın xaricdən gətirdiyi 1 telefonu belə ona çox görürsüz. Müqayisə edin yağın qiymətini bizdə və Gürcüstanda baxın biz nə yeyirik və neçəyə yeyirik. Bütün qapıları xalqın üzünə bağlamağa çalışırsız, ayıbdı vallah. kimsə özünə trendyolla mal alırsa demək ehtiyacından edir. pulu olsa pna çox lazımdır 1 aya özünə ordan nəsə sifariş etsin...

  • Bilal İsmayılov

    Növbəti cındırlıq aaktı... Özlərinin levi gəlirlərinin azalmasını qəbul etmək istəmir, əvəzində malların qiymət fərqinin camaatın cibindən çıxmasını təlif edir...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər