Azərbaycan 2027-ci ildə tarixində ilk dəfə olaraq xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Bakupost.az xəbər verir ki, Qış İdman Növləri Federasiyasının təşəbbüsü ilə bu turnirin ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) müraciət ünvanlanıb.
Müraciət müsbət qiymətləndirilib və çempionatın Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzində təşkili ilə bağlı qərar qəbul edilib. Yarış artıq ISMF-in rəsmi təqviminə də daxil edilib.
Nüfuzlu beynəlxalq idman tədbiri 2027-ci ilin 28 fevral - 7 mart tarixlərində keçiriləcək. Bu çempionat Azərbaycanın qış idman növləri sahəsində artan potensialını və beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirəcək.
Qeyd edək ki, 2026-cı il martında Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarına da ev sahibliyi edəcək.