Ru
15:05 / 03 Sentyabr 2024

Azərbaycanın dövlət borcu ciddi şəkildə arta bilər - İqtisadçı

1767
Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk yarısında Azərbaycanın ümumi dövlət borcu 25 milyard 868 milyon manata çatıb. Bu 2024-cü il ərzində gözlənilən 121,3 milyard manatlıq Ümumi daxili Məhsulun 21,2 faizini təşkil edir.

Ümumi dövlət borcunun 9,1 milyard milyon manatı və ya 35,5 faizi xarici dövlət borcunun payına düşür. Ümumi borcun 16 milyard 572 milyon manatı və ya 64,5 faizi isə daxili dövlət borcunun payına düşür.

Bununla yanaşı, azalan xarici borcdur – 6,5 milyard dollardan 5,4 milyard dollara düşüb – 900 milyon dollar azalma. Daxili borc isə 15,9 milyard manatdan 16,6 milyard manata yüksəlib - 700 milyon manat artım var.



İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a deyib ki, hazırda Azərbaycanın dövlət borcu düzgün hesablanmır. Yalnız dövlət adından götürülən kreditlər belə hesab olunur. Ancaq zamini dövlət olan dövlət korporasiyalarının borcları isə dövlət borcu kimi nəzərə alınmır və bu isə yanlışdır:

“Əgər bu tendensiya davam edərsə, bir müddət sonra Azərbaycanın dövlət borcu ciddi şəkildə arta bilər. Hazırda dövlət borcu əhəmiyyətli deyil, məqbul səviyyədədir, lakin gələcəkdə dövlət borcunun artması müəyyən problemlərə səbəb ola bilər”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar