Ru
22:57 / 10 Mart 2026

Samirə Şaqavatovanın yeni kitabı çap edildi

Samirə Şaqavatovanın yeni kitabı çap edildi
Eye

"Poeziyamızda Nigar Rəfibəyli portreti” adlı yeni kitab çap edilib.

Bakupost.az xəbər verir ki, kitabın müəllifi AMEA-nın doktorantı, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi, Optimallaşdırma və optimal idarəetmə üzrə mütəxəssis, gender məsələləri üzrə araşdırmaçı, təlimçi, tədqiqatçı, Şaqavatova Samirə Salman qızıdır.

Kitab Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin işıqlı xatirəsinə həsr olunub.

İstedadlı qələm sahibi Samirə Şaqavatovanın yeni kitabında Nigar Rəfibəylinin şeirləri təhlil olunub, bu şeirlərin cəmiyyətimizə bəxş etdiyi önəmli ədəbi töhfələrdən bəhs edilib.

Bu, müəllifin "Gender bərabərliyi: Bərabər addımlar, uğurlu nəticələr” adlı elmi-tədqiqat kitabından sonra sayca ikinci kitabıdır

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar