Ru
22:40 / 10 Mart 2026

Cəlilabadda ana övladının ölümünə səbəb oldu - Gizlətməyə çalışdı

Cəlilabadda ana övladının ölümünə səbəb oldu - Gizlətməyə çalışdı
Eye

Cəlilabadda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü M. A yaşadığı evin həyətindən döş nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada vəfat edib. İlkin olaraq valideynləri uşağın yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığını bildiriblər.

Lakin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən edilib və həqiqət aşkara çıxarılıb.

Məlum olub ki, yeniyetmənin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar