Ru
17:37 / 07 İyul 2025

"Azərbaycanla razılığa gəlmişik" - Mirzoyan

"Azərbaycanla razılığa gəlmişik" - Mirzoyan
Eye

"Biz Azərbaycanla danışıqlar aparırıq. Sülh sazişi layihəsi üzrə razılığa gəldik. İndi bu sazişi imzalamağa və sonra təsdiqləməyə hazırıq”.

Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Çinin CGTN telekanalına müsahibəsində deyib. O, Ermənistanın sülh istədiyini bildirib:

“Biz regionumuzda sülhün bərqərar olmasında maraqlıyıq. Yaxın keçmişdə müharibə yaşamış bir ölkə olaraq, sülhün yalnız öz sərhədlərimizdə deyil, digər regionlarda və daha geniş coğrafiyalarda da təmin olunmasını arzulayırıq. Bizim sülh gündəliyimiz var və bu, Ermənistan Respublikası üçün prioritetlərdən biridir. Həmçinin, biz qərb qonşumuz Türkiyə ilə münasibətlərimizi nizama salmağa çalışırıq.”

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar