Ru
10:38 / 08 İyun 2024

Azərbaycanlı aktrisa Avropa Film Akademiyasının üzvüyünə qəbul edildi

2149
Aktrisa İlahə Həsənova Avropa Film Akademiyasının üzvüyünə qəbul edilib.

Bakupost.az xəbər verir ki, bu barədə rejissor Səbuhi Məmmədov bildirib.

Qeyd edək ki, İlahə Həsənova 1987-ci ildə Ağsu rayonunda anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-teatr aktyorluğu fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında, 2010-2012-ci illərdə YUĞ Teatrında çalışıb. 2010-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.

İlahə Həsənovanın yaradıcılığında “Teleskop”, “Kuraj və uşaqları”, “Şah və şair”, “Don Juan”, “Qanlı Nigar”, “Sərgüzəşti Vəziri xani Lənkəran”, “Qadın məhəbbəti”, “Psix”, “Bir, iki, bizimki” kimi teatr tamaşalarında yaratdığı qadın obrazları ilə yanaşı, kino kariyerasında da əldə etdiyi uğurlarla yadda qalıb. Sənətçinin kino kariyerası rejissor Həbibə Mirzəyevanın “Xəyallar gündəliyi” (qısametrajlı bədii film, 2008) filmi ilə başlayıb. İlahə Həsənova “Bakı, mən səni sevirəm” (kinoalmanax, 2012), Emin Əfəndiyevin  “Hədiyyə” (qısametrajlı bədii film, 2016), İlqar Nəcəfin “Nar bağı” (tammetrajlı bədii film, 2017) filmlərində əsas rolları canlandırıb.

“Nar bağı” filmi aktrisaya beynəlxalq kino festivallarda uğur gətirib. Belə ki, sənətçi filmdə canlandırdığı Sara obrazına görə Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalında “Ən yaxşı aktrisa” nominasiyası üzrə baş mükafatın sahibi olub, bununla yanaşı 15-ci Kazan Beynəlxalq Film Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Bu beynəlxalq uğura kimi “Nar bağı” filmi Minsk (Belarus), Malatya (Türkiyə), Avrasiya (Qazaxıstan), Asya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının əsas mükafatını qazanıb. İlahə Həsənovanın çəkildiyi son film Elvin Rüstəmzadənin “Dalan” (tammetrajlı bədii, 2019) adlı filmidir.
Azərbaycanlı aktrisa Avropa Film Akademiyasının üzvüyünə qəbul edildi
Azərbaycanlı aktrisa Avropa Film Akademiyasının üzvüyünə qəbul edildi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər