Ru
11:24 / 07 Fevral 2023

Azərbaycanlı avtoritetlərin “sxodka”sına basqın – 50 nəfər saxlanıldı

44737
Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı kriminal avtoritetlərin toplantısının keçirildiyi məkana basqın edib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Mıtışidə keçirilən xüsusi əməliyyat nəticəsində 50-yə yaxın adam saxlanılıb.

İlkin məlumatlara görə, fevralın 6-da günorta saatlarında 1-ci Proletarskaya küçəsində yerləşən “Qranada” restoranında, əsasən, Azərbaycandan olan avtoritetlər hansısa məsələni ayırd etmək üçün toplaşıblar. Saat 16.00-ya yaxın Rusiya Qvardiyası və polis məxsus maşınlar əraziyə gəlib və restoran mühasirəyə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, restorana gələn avtoritetlərin bəziləri qaçmağa çalışsalar da, saxlanılıblar. "Baza"nın məlumatına görə, ümumilikdə 48 azərbaycanlı saxlanılıb. Saxlanılanlar arasında 2 Dağıstan, 1 Ermənistan və 1 Tacikistan sakini də var. Onların telefonları, həmçinin 5 travmatik tapança və 1 ədəd “Sayqa” karabini müsadirə edilib. Əməliyyatda100-ə yaxın təhlükəsizlik işçisi iştirak edib.




Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər