Ru
12:24 / 16 Sentyabr 2026

Magistratura 1 ilə endirililir? – Deputatdan TƏKLİF

Magistratura 1 ilə endirililir? – Deputatdan  TƏKLİF
Eye

Magistratura təhsilinin müddətinin 2 ildən 1 ilə endirilməsi təklif olunub.

“Bakupost” xəbər verir ki, təklif Milli Məclisin ötən həftə keçirilən iclasında deputat Ceyhun Məmmədov tərəfindən səsləndirilib.

Deputat bildirib ki, Azərbaycanda hər il magistraturaya qəbul zamanı 4 min və daha çox yer boş qalır. Onun sözlərinə görə, bunun səbəblərindən biri gənclərin 2 il müddətində magistratura təhsili almaq istəməməsidir.

Mövzu ilə bağlı “Bakupost”a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, magistratura təhsilinin 2 ildən 1 ilə endirilməsi mümkündür. Lakin təklifin qərara çevrilməsi üçün müəyyən araşdırma və prosedurlar aparılmalıdır:

“Beynəlxalq standartlardan kənarda hələlik fərqli bir şey görmürük. İstər bakalavriatın 4 ildən, istərsə də magistraturanın 2 ildən endirilməsi o qədər ciddi və köklü məsələ deyil.Əsas məsələ ixtisaslara və təhsil səviyyələrinin tələblərinə uyğun proqramların hazırlanmasıdır. Məsələn, bakalavriatda kompüter mühəndisliyi 4 illik proqramdır. Əgər bunu 3 ilə endiririksə, 4 illik proqramın 3 ilə sığdırılması lazım gələcək. Bu zaman əsas məsələ odur ki, 4 il üçün nəzərdə tutulan proqram 3 il ərzində keyfiyyət baxımından aşağı düşməsin.
Eyni məsələ magistraturaya da aiddir. Burada əsas sual proqramın necə hazırlanacağıdır. Məsələn, deyək ki, “Təhsilin idarə edilməsi” ixtisası üzrə magistraturada oxuyuram. Proqram 1 illik təhsilə uyğunlaşdırıldıqda nələr dəyişəcək? Mən hansısa bir şeyi itirməyəcəyəm ki?
Proses düzgün qurularsa, burada ciddi problem yaranmaya bilər. Təhsil müddətinin özü əsas məsələ deyil. Vacib olan odur ki, tələbə həmin proqramı nəzərdə tutulan müddətdə tam şəkildə mənimsəyə bilsin”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar