Ru
22:22 / 06 Noyabr 2022

Azərbaycanlı kişi Almaniyada arvadını qətlə yetirdi

4338
Azərbaycanlı kişi Almaniyada keçmiş arvadını amansızlıqla qətlə yetirib.


Bakupost.az xəbər verir ki, bu barədə Leqat hüquq firması məlumat yayıb.


Hadisə bu gecə Stadtallendorfdakı Teodor-Heuss- küçəsində baş verib.


İlkin araşdırma zamanı müəyyən edilib ki, 28 yaşlı qadına 41 bıçaq zərbəsi endirilib. Qadını qətlə yetirən şəxs haisəni törədəndən sonra polisə təslim olub və hazırda şübhəli şəxs kimi saxlanılır.


Marburqda dövlət prokurorluğu və polisi hadisə haqqında məlumat paylaşıblar. Məlumatda bildirilir ki, bazar günü gecə saatlarında 34 yaşlı həmin şəxs, mətbəx bıçağı ilə xanıma 41 bıçaq zərbəsi endirib. Müstəntiqlər cinayətin motivi kimi qadının ərindən ayrılmasının səbəb olduğunu güman edirlər.


E.Mirzəyev
BakuPost
Şərhlər
  • Alovsat Aliyev

    Qətli törədən Qarabağ qazisidir, təəssüflər.

  • t.ədalət

    Cinayət əməli təqdir edilməsə də kişi haqlıdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər