Ru
18:00 / 28 Oktyabr 2022

“Azercell” informatika müəllimləri üçün dərslər təşkil edəcək

“Azercell” informatika müəllimləri üçün dərslər təşkil edəcək
Eye

“Azercell”in dəstəyi ilə İnformatika üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təkmilləşdirmə dərsləri təşkil olunacaq.


Şirkətdən Bakupost.az -a verilən məlumata görə, “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq. Layihəyə qoşulacaq ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə edəcəklər. Bu təlimlərə tələbat məktəblilərimizin informatika üzrə uğurlarının artması nəticəsində yaranıb.


Daxil olan müraciətləri nəzərə alaraq, pilot layihə çərçivəsində 30 müəllimin 6 həftə ərzində dərslərə cəlb olunması nəzərdə tutulub. Son qeydiyyat tarixi 29.10.2022-dir. Seçmə imtahandauğurlu nəticə göstərən müəllimlər bu proqrama qoşula biləcəklər. Dərslər onlayn formatda keçiriləcək.


Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

https://www.oxuyan.az/exams/informatika-fenni-uzre-olimpiadalara-hazirliq-muellimleri-telimlerine-secme-imtahani-btbdqv


Şərhlər
  • Zahir

    Super, Günel xanım. Millətin yazıçısı da həyasız olandan sonra söz bitir. Mən hansı bir insana bənzədim ki, Lenini( oxu - anarı )

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar