“Renault” və “Geely” şirkətlərinin ortaqlığı ilə fəaliyyət göstərən “Horse Powertrain” su altında işləyə bilən yeni mühərrikini təqdim edib.
“Bakupost” xəbər verir ki, “B20” adlı 2 litrlik turbo benzin mühərriki 1,1 metr dərinlikdə suya tam batdıqda belə işləməyə davam edə bilir. Mühərrik “IPX8” suya davamlılıq standartına uyğundur.
Mühərrikdəki xüsusi sensorlar suyu aşkar etdikdə sistem avtomatik işə düşür və gücü tənzimləyərək mühərrikin suda dayanmasının qarşısını alır.
“B20” mühərriki tam və şarj edilə bilən hibrid, eləcə də məsafə artırıcılı hibrid sistemlər üçün nəzərdə tutulub.
Vüsalə Hüseynova,
BakuPost