Azərbaycan Dövlət Televiziyasının AMEA-da 17:40 radələrində olması, 18:00-da isə işdən çıxan kimsəni görməməsi barədə tənqidi materiala AMEA-nın əməkdaşı, tanınmış alim Zaur Əliyev fotofaktlarla cavab verib.
Bakupost.az yenipress.az-a istinadən xəbər verir ki. Z.Əliyev müşahidə kameralarına əsasən işdən çıxdığı vaxtı əks etdirən görüntülərin saniyəsinə qədər paylaşıb:
“Şəkillərə baxın, AMEA haqqında verliş hazırlayan jurnalist iddia edir ki, guya 17:40-da AMEA-da olub və çəkilişi də bu zaman edib. Guya işçilər bu vaxt orda olmayıb. İndi əsl həqiqətləri sizlərə təqdim edirəm:
17:59-da mən çıxmışam AMEA-dan (fotoda 17:59-da Zaur Əliyevin Akademiya binasının önündə olduğu əks olunub – red.). TV işçiləri orda yox idi.
10 dəqiqə bağda gəzmişəm.
Saat 18:21-də AzTV əməkdaşları gəlib, AMEA qarşısında durublar (AzTV əməkdaşlarının Akademiya binasının önündə olduğunu əks etdirən foto – red.), hazırlıq görüb, 18:40-da çəkiliş aparıblar, amma efirdə 17:40-da AMEA-da çəkiliş apardıqlarını deyirlər. AzTV bu qədər yalanla hara gedir?
Baxın saatlara! 17:45-ə qədər AMEA qarşısında jurnalist görürsünüz? Bir kanal əməkdaşı olubmu orda? Sadəcə fotolarda dəqiq vaxtı özünüz görüb qiymət verin AzTV yalanına!”.