Ru
11:22 / 13 İyul 2022

AzTV sədri Azay Quliyevi “vurdu” - VİDEO

30301
Millət vəkili, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin əvvəlki fəaliyyəti AzTV-nin efirində tənqid olunub.


Bakupost.az xəbər verir ki, AzTV-nin sədri Rövşən Məmmədov özünün “Həftə” analitik proqramında QHT sektorunda baş verən yeniliklərdən, bu sahədə olan canlanmadan danışarkən əvvəllər qrant müsabiqələrinin verilməsində qeyri-şəffaflığın olduğunu bildirib:


“Artıq QHT-lərin maliyyələşməsində tanışlıq, “atkat” kimi məsələlər yoxdur. Yalnız müəyyən olunmuş qaydalar və meyarlar əsas götürülür”.


Qeyd edək ki, QHT-lərin maliyyələşməsi, onlara qrant ayrılması məsələsinə uzun illər Azay Quliyev nəzarət edib.


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Prezidentin 2007-ci il 13 dekabr tarixli fərmanını ilə yaranıb. Şuraya 2008-ci ildən Azay Quliyev rəhbərlik edib.


2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilərək, onun əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.


Azay Quliyev qurumun Müşahidə Şurasının sədri seçilsə də, bu sahəyə nəzarəti faktiki olaraq itirib.


Demək olar ki, bütün səlahiyyətlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva verilib.


Daha ətraflı videoda:



Şərhlər
  • t.ədalət

    Az.tv rəhbəri "zəngəzurşik" Azay Quliyevi sıxışdıra bilməz.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər