Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təkzib edib:
"Heç bir direktor və direktor müavini tələbəni qova bilməz. Tələbənin qovulması üçün qanunvericilikdə nəzərdə tutulan müddəlar var. Kiminsə kimdənsə xoşu gəlməməsi və onu kollecdən qovması mümkün deyil".
***
14:42
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən videogörüntü yayılmışdı.