Ru
13:15 / 07 Noyabr 2022

Bağça uşaqlarının qazi obrazı narazılığa səbəb oldu - VİDEO

13404
Sosial şəbəkələrdə uşaqların Zəfər Gününə həsr olunmuş tədbir görüntüləri geniş müzakirəyə səbəb olub.


Bakupost.az bildirir ki, videonun uşaq bağçalarından birində çəkildiyi ehtimal olunur. Belə ki, videoda bağça uşaqlarının qazi obrazına salınması, ayaqlarının, başlarının sarılması narazılıq yaradıb.


Həmin görüntülər sosial media istifadəçilərini də ikiyə ayırıb.


Bəziləri “Mən bir müəllim kimi bu tədbirin məqsədini başa düşmürəm, bununla nə demək istəyirlər?”, “Uşaq bağçasında buna ehtiyac yoxdur, belə səhnəcikləri heç olmasa 12 - 14 yaşında məktəblilərlə keçirmək olar” kimi şərhlər yazılıb.

Bir qrup istifadəçilər isə “Yəqin Zəfər Günü ilə əlaqədar hansısa bağçada tədbir keçirilib. Səhnəciklər vasitəsilə uşaqlarda qazilərə ehtiram aşılamaq vacibdir. Vətənpərvər gənclər uşaq yaşlarından yetişməlidir”, “Uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması sizi niyə narahat edir ki?!” kimi fikir bildirib, etiraz edənlər də olub.


Həmin görüntüləri təqdim edirik:




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər